Separatçıların lideri “Şaxta baba” olmağa hazırlaşır
Bizi izləyin

Dünya

Separatçıların lideri “Şaxta baba” olmağa hazırlaşır

“Donetsk Xalq Respublikası”nın keçmiş "xalq qubernatoru", "Novorossiya" partiyasının lideri Pavel Qubaryov hərbi münaqişədə valideynlərini itirmiş uşaqlar qarşısında “Şaxta baba” kimi çıxış etməyə hazırlaşır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə onun özü Donetskdə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən bizneslə məşğul olurdum. Özümün konsert agentliyim var idi və “Şaxta baba” kimi çıxış edirdim. Bunu üç il ardıcıl etmişəm”, - deyə P.Qubaryov jurnalistlərə deyib.

Siyasi planlarına gəlincə, P.Qubaryov "Novorossiya" partiyasının lideri olaraq qalacağını və “Donetsk Xalq Respublikası”nda 2015-ci ilin yazında nəzərdə tutulmuş yerli seçkilərə hazırlaşacağını söyləyib.

Xatırladaq ki, içində Qubaryovun olduğu avtomobil oktyabrın 12-də “Donetsk Xalq Respublikası” ərazisində naməlum şəxslər tərəfindən atəşə tutulub. Amma “Novorossiya” lideri güllə yarası almayıb. O, avtomobilin aşması nəticəsində ağır yaralansa da, sağ qalıb.

“Novorossiya” lideri mətbuat konfransında sui-qəsdin arxasında Ukrayna diversiya qrupunun olması ehtimalını yüksək qiymətləndirib. O həmçinin digər bir neçə versiyanın nəzərdən keçirildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm