Talibandan polis idarəsinə kamikadze hücumu – VİDEO
Bizi izləyin

Dünya

Talibandan polis idarəsinə kamikadze hücumu – VİDEO

Əfqanıstanın paytaxtı Kabil şəhərinin polis idarəsinə edilən kamikadze hücumu təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Publika.az xəbər verir ki, bombaları geyindiyi kostyumun altında gizlədən Taliban yaraqlısı diqqət cəlb etmədən polis idarəsinə girib. Kamikadze Kabil Polis İdarəsinin rəisi general Zahir Zahiri hədəfə götürüb. Lakin kamikadze generalın otağına girdiyi zaman onu otaqda görməyib. Bundan sonra o, başqa bir yüksək rütbəli polis məmurunun otağına girib.

Kamikadzenin otağa girməsindən az sonra şiddətli partlayış baş verib. Partlayışdan sonra hamı polis idarəsini tərk etməyə başlayıb. Hücum nəticəsində bir yüksək rütbəli polis ölüb və 6-sı da yaralanıb.

Xatırladaq ki, son zamanlar Əfqanıstanın ayrı-ayrı bölgələrində yüksək rütbəli hərbçi və ya dövlət adamlarına qarşı sui-qəsdlər təşkil olunub. Taliban bu hücumlarla “istədiyimiz adamı öldürə bilərik. Heç biriniz təhlükəsizlikdə deyilsiniz” mesajını verib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm