Dünya
ABŞ-ın Türkiyə ilə bağlı məxfi planı açıqlandı
ABŞ Dövlət Departamentinin məsləhətçisi Devid Filips ABŞ-ın Türkiyəni NATO-dan çıxarmaq planı olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, ABŞ rəsmisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürd siyasətini tənqid edib:
“Ərdoğan İŞİD ilə PYD qüvvələrinə eyni gözlə baxır. Bu addımı ilə Ərdoğan özünü ifşa edir”.
Dövlət Departamenti sözçüsünün iddialarına görə, Ərdoğanın xarici siyasətində yol verdiyi bu səhv ona baha başa gələcək:
“İŞİD və PYD eyni təşkilat deyil. PYD demokratik, Qərb tərəfdarı, dünyəvi və hətta qadınların qurtuluşunu ehtiva edən qurumdur. Ərdoğanın bu iki təşkilata eyni gözlə baxması böyük siyasi səhv idi. Türkiyə ordusu Kobani təpələrində İŞİD-i izləyir. Əldə etdiyimiz məlumatlara görə, terrorçular hətta Türkiyə sərhədlərini də keçir. Kobanidə insan qırğınlarına Türkiyənin seyrçi mövqeyindən tamaşa etməsi Ərdoğanı cinayətin iştirakçısı edir”.
Türkiyənin NATO-ya layiq olmadığını deyən Filips bu barədə ABŞ-da yeni müzakirələrin başlandığını açıqlayıb: “NATO tamamilə təhlükəsizlik ittifaqı deyil. NATO eyni dəyərləri paylaşan ölkələrin ittifaqıdır. Türkiyə və Ərdoğan NATO dəyərlərini paylaşmadıqlarını göstərdi. Buna görə də ABŞ-da müzakirələr başlayır: Türkiyə NATO-nun bir parçası olaraq qalmalıdır, yoxsa yox. Bu barədə müzakirə edildi və Türkiyənin dəyərsiz bir müttəfiq olduğu sübut olundu”.
Vaşinqton ilə Ankaranın heç vaxt dost olmadığını deyən ABŞ rəsmisi ölkəsinin bölgədə ən yaxın dostunun kürdlər olduğunu dilə gətirib: “Bu hamıya aydındır ki, ABŞ heç vaxt Türkiyə ilə dost olmayıb. Vaşinqtonun bölgədə ən yaxın müttəfiqi və dostu kürdlərdir. Ərdoğan cinayətkardır və xırtdəyə qədər rüşvətə bulaşıb
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO