Sabiq nazirdən ittiham: “O, praktik olaraq dövlət ittihamçısı idi”
Bizi izləyin

Dünya

Sabiq nazirdən ittiham: “O, praktik olaraq dövlət ittihamçısı idi”

“Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurlarına qarşı cinayət işi üzrə ətraflı informasiyaya malikdir. Bu günlərdə onun verdiyi bəyanat dövlət ittihamçısının nitqinə oxşar idi”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri sabiq müdafiə naziri, “Azad demokratlar” partiyasının lideri İrakli Alasaniya “İmedi” telekanalının efirində deyib.

“Şübhə yoxdur ki, bu, siyasi təqibdir. Mənə aydın oldu ki, siyasi təqib olunuram. Hazırkı baş nazir və onun komandası eynilə prokurorluğun onlara təklif etdiyi ittihamları təkrarlayırdı. Müdafiə Nazirliyinin izahatlarını nəzərə almadırlar. Bütün bunlar cənab İvanişvilinin çıxışı ilə yekunlaşdı. O, işin detalları ilə prokurorluqdan daha çox tanış idi. Bu, məni çox təəccübləndirdi. Çünki praktik olaraq İvanişvilinin şəxsində ittihamçı çıxış etdi", - deyə İ.Alasaniya bildirib.

Alasaniyanın sözlərinə görə, özü və komandasının üzvləri heç vaxt Gürcüstanın qərbyönümlü yoldan geri dönməsi barədə danışmayıb: “Biz heç vaxt danışmamışıq ki, ölkə Qərb və NATO yolundan dönüb.Əminik ki, gürcü cəmiyyəti buna imkan verməyəcək. Şübhələr və müəyyən təhlükələr ortaya çıxıb. Biz təklif etdik ki, prokurorluğun addımlarının nəyə xidmət etdiyini və ölkəni hara apardığını müzakirə edək. Dərhal cavab aldım və məni vəzifədən azad etdilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm