Obama Rusiya ilə Ebola virusunu eyniləşdirdi
Bizi izləyin

Dünya

Obama Rusiya ilə Ebola virusunu eyniləşdirdi

“Böyük iyirmilik"in (“G20”) növbəti sammitinə ev sahibliyi edən Avstraliyanın Brisben şəhəri həm də dünya liderlərinin qarşılıqlı ittihamlar səsləndirdiyi məkana çevrilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Rusiyanın Ukraynadakı hərəkətlərin sülh üçün təhlükə olduğunu bildirib.

“Biz Ebola virusuna və Rusiyanın Ukraynaya təcavüzünə qarşı mübarizədə dünya cəmiyyətinin səylərinə başçılıq edirik. Bunlar dünyadakı sülhə təhlükə törədir. Biz bunu Malayziyanın “Boeing-777” təyyarəsinin məhv edilməsi kimi dəhşətli hadisədə də gördük”, - deyə Obama vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən sessiyası zamanı etdiyi çıxışında Rusiyanın adını terrorçularla yanaşı çəkib. Dünyanın üç təhlükəsindən danışan ABŞ prezidenti bunları Ebola virusu, Rusiyanın təcavüzü və İŞİD terror qruplaşması şəklində sıralayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm