“G20” sammiti aborigenlərin rəqsləri ilə başladı
Bizi izləyin

Dünya

“G20” sammiti aborigenlərin rəqsləri ilə başladı

Avstraliyanın Brisben şəhərindən “Böyük iyirmilik"in (“G20”) sammiti rəsmən işinə başlayıb.

Publika.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasimindən əvvəl artistlər “G20” ölkələrinin liderləri qarşısında Avstraliyanın yerli xalqlarının ənənəvi rəqslərini ifa ediblər.

Qeyd edək ki, “G20” qlobal iqtisadiyyat və maliyyə məsələlərində ixtisaslaşan aparıcı beynəlxalq forumdur. Ona 19 ölkə (Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Koreya, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR və Yaponiya Respublikası) və Avropa İttifaqı daxildir.

“G20” dövlətlərinin payına ümumi daxili məhsul və ticarətin 80 faizi, dünya əhalisinin isə 2/3-i düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm