“G20”də ilk bəyanat qəbul olundu
Bizi izləyin

Dünya

“G20”də ilk bəyanat qəbul olundu

Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmilik"in (“G20”) sammitində ilk bəyanat qəbul edilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “G20” sammitinin iştirakçıları Ebola virusu ilə mübarizə üzrə səylərin səfərbərliyi ehtiyacını ifadə ediblər.

“Qvineya, Liberiya və Syerra-Leonda Ebola virusunun yayılması ilə naharatlığımızı bildiririk. Biz bu ölkələr üçün humanitar, sosial və iqtisadi nəticələrin ciddiliyini və bu nəticələrin miqyasının mümkün artımını dərk edirik. Biz ümumi səylərə qoşulmayan ölkələrin hökumətlərini çağırışımıza səs verməyə çağırırıq”, - deyə “G20” ölkə-iştirakçılarının liderləri tərəfindən qəbul edilən bəyanatda deyilir.

ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzin məlumatına görə, epidemiyanın yayılmasına qarşı lazımı tədbirlər görülməsə, 2015-ci ilin yanvarına qədər Liberiya və Syerra-Leonda Ebola virusuna yoluxanların sayı 550 mindən 1,4 milyon insana qədər ola bilər.

Qeyd edək ki, “G20” qlobal iqtisadiyyat və maliyyə məsələlərində ixtisaslaşan aparıcı beynəlxalq forumdur. Ona 19 ölkə (Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Koreya, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR və Yaponiya Respublikası) və Avropa ittifaqı daxildir.

“G20” dövlətlərinin payına ümumi daxili məhsul və ticarətin 80 faizi, dünya əhalisinin isə 2/3-i düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm