Amerikalı ekspert: “Bu bəyanat Qorbaçovun Putin üçün ağlaması idi”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “Bu bəyanat Qorbaçovun Putin üçün ağlaması idi”

“SSRİ-nin son rəhbəri Mixail Qorbaçov Rusiya və Qərb arasında yeni “soyuq müharibə”nin başlandığını deməklə "səhv edir".

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri amerikalı ekspert Filipp Stivens “Financial Times” qəzetində SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun son bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Qərbin Rusiya ilə bağlı siyasətini pisləyib və “soyuq müharibə” haqqında xəbərdarlıq edib. Berlin divarının sökülməsinin 25-ci illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxış edən Mixail Qorbaçov Berlin divarının sökülməsindən sonra Avropada münaqişələrin həllinin yeni nümunəsinin yaranacağına ümidlərin olduğunu bildirib: “Ancaq dünya başqa yolla getdi. Avropa, ümumilikdə dünya siyasəti bərpaolunma testindən keçə bilmədi. Dünya yeni “soyuq müharibə” qarşısındadır. Bəziləri deyirlər ki, o artıq başlanıb".

SSRİ-nin keçmiş prezidentinin sözlərinə görə, Qərb, xüsusilə ABŞ 1989-cu ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi: “Qərb öhdəlikləri yerinə yetirmək əvəzinə özünü “soyuq müharibə”nin qalibi elan etdi. Qərb siyasətçiləri eyforiyaya qapılmağa başladılar. Onlar Rusiyanın zəifliyindən istifadə edərək dünyada liderliyi ələ keçirməyə cəhd etdilər. Artıq 1990-cı illərdə Qərb Rusiya ilə münasibətlərdə etibardan sui-istifadə etməyə başladı. Bundan ən çox kim əzab çəkir? Avropa, bizim ümumi evimiz".

Mixail Qorbaçov Ukrayna böhranı haqqında danışarkən Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləyib. Onun fikrincə, ABŞ-ın kəskin tənqidlərinə baxmayaraq, Putin gərginliyi səngitməyə çalışır və əməkdaşlıq üçün yeni bazanı yaratmağa cəhd göstərir.

SSRİ-nin keçmiş prezidenti Qorbaçov hər iki tərəfə zərər verən sanksiyaların tədricən ləğvi təklifi ilə çıxış edib. O bildirib ki, xüsusən hər iki tərəfdən olan siyasətçilərə qarşı sanksiyalar ləğv olunmalıdır.

Filipp Stivens isə yazır ki, “soyuq müharibə” iki siyasi və iqtisadi sistemin arasında dünya yarışı idi: “Bir neçə onillik ərzində dünya nüvə silahı ilə məhv etməsinin perspektivinin kölgəsi altında qalmışdı. 1989-cu ildə kommunizm uduzdu. Artıq geriyə yol yoxdur. Vladimir Putin Rusiya üçün heç bir alternativ ideologiya təklif edə bilmir. Rusiya prezidentinin də öz pərəstişkarları var, ancaq onlar Qərbi Avropanın populist-ksenofoblarıdır. Dürüst olmaq lazımdır: Moskva siyasi-iqtisadi modeli malik deyil".

Amerikalı ekspert Qorbaçovun bir vaxtlar rəhbərlik etdiyi Sovet İttifaqı isə Putinin Rusiyasını da müqayisə edib: “Sovet İttifaqı super dövlət idi. Bugünkü Rusiya isə tənəzzül edən regional və təhlükəli dövlət təhlükəli dövlətdir. Putin əraziləri tutmaq və keçmiş SSRİ məkanında təsirindən istifadə etmək istəyir. O, özünə başqalarından "hörmət” istəyir. Krımın zəbt edilməsi və Ukraynanın şərqinə müdaxilə dünya nizamı üçün ciddi çağırışlar doğurdu. Qorbaçovun bəyanatını yalnız belə qiymətləndirmək olar ki, o, Putin üçün “ağlayır”. Putin yalnız onlara hörmət edir, onar Putinə qarşı durmağa hazırdır. Eyni şeyi Qərb də etməlidir. Putin uzun distansiyaya qaçışa hazırlaşır. Sanksiyalar yalnız o halda Moskvanın düşüncəsini dəyişdirə biləcək ki, Putin Qərbin titrəmədiyindən əmin olacaq. İndiki dövrdə “soyuq müharibə” yoxdur. Geosiyasi vəziyyət tələb edir ki, Qərb Putinlə qarşılıqlı münasibətləri davam etdirsin. İranın nüvə proqramı və İraq ilə Suriyada radikal sünni ekstremizmlə mübarizə Rusiya və Qərbin münasibətlərinin vacib edən məsələlərdir. Amma eyni zamanda ABŞ və Avropa öz dəyərlərindən imtina etməməlidir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm