Parisdə fövqəadə vəziyyət: Şəhərdə pələng var
Bizi izləyin

Dünya

Parisdə fövqəadə vəziyyət: Şəhərdə pələng var

Parisin ətraf qəsəbələrində itmiş pələngə görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb. Çəlumata görə, Paris ətrafında rəsmilər azmış pələngin axtarışını davam etdirərkən, yırtıcı heyvanın təzə izləri Fransa paytaxtına daha yaxın məsafədə tapılıb.

Parisdən 26 km şərqdə yerləşən Ferrieres-en-Brie xidmət stansiyası ərazisində pələngin təzə izlərinə rast gəlinib. Pələng, ilk olaraq, Parisdən şərqdə, 38 km məsafədə yerləşən Disneyland Paris parkında gözə dəymişdi.

Azmış pələngin Parisin hüdudlarına yaxınlaşması xəbərilə bağlı ərazidəki obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.Ərazisində pələngin izləri tapılmış Ferrieres-en-Brie xidmət stansiyası müvəqqəti olaraq işini dayandırıb. Yaxınlıqda yerləşən məktəblərin ətrafına nəzarət artırılıb.

Yerli rəsmilər sakinlərə evlərində qapı-bacanı yoxlamağı, qapı və pəncərələri bağlı saxlamağı, uşaqlarını məktəblərə avtomobildə aparıb-gətirməyi məsləhət görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm