Suriyadakı terrorçulara Türkiyə üzərindən pul köçürülür- ABŞ Maliyyə Nazirliyi
Bizi izləyin

Dünya

Suriyadakı terrorçulara Türkiyə üzərindən pul köçürülür- ABŞ Maliyyə Nazirliyi

Nazirliyin məlumatına görə, Türkiyə vətəndaşı Əli Canko xarici texnologiyaların İrana daşınmasında əhəmiyyətli rol oynayıb. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi David Kohen də Vaşinqtonun Tehrana yönəlik sanksiyaların davam

ABŞ Maliyyə Nazirliyi Suriyadakı “Əl-Qaidə” silahlılarına Küveytdən pul çatdırılmasında Türkiyənin də rol aldığını açıqlayıb.

Publika.Az –ın “Amerikanın səsi” radiosunun Türkiyə bölməsinə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyi Türkiyənin həmçinin İrana qarşı tətbiq olunan sanksiyaları pozduğunu bildirib.

Nazirliyin məlumatına görə, Türkiyə vətəndaşı Əli Canko xarici texnologiyaların İrana daşınmasında əhəmiyyətli rol oynayıb. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi David Kohen də Vaşinqtonun Tehrana yönəlik sanksiyaların davam etdirilməsi üçün lazımı vasitələrdən istifadə etməli olduğunu söyləyib.

Açıqlamaya görə, Türkiyə İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Birləşmiş Ərəb Əimrlikləri və Lixtenşteyn bu qeyri-qanuni şəbəkə ilə əlaqəli şəxslər və qurumların olduğu ölkələrdir. Türkiyə vətəndaşı Əli Cankonun “Tiva” Sənət Qrupu adlı bir şirkətlə işlədiyini ifadə edən ABŞ Maliyyə Nazirliyi bu şirkətin İran Dəniz Qüvvələrini texnologiya ilə təmin etdiyini bildirib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında Türkiyə baxımından ən diqqətçəkən məqam isə “Əl-Qaidə”nin İran bölməsi ilə bağlıdır. Qeyd olunur ki, İrandakı “Əl-Qaidə” Türkiyə üzərindən Suriyaya cihadçılar göndərir. Eyni zamanda Körfəz ölkələrindən Suriyaya pulun Türkiyə üzərindən köçürüldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm