ABŞ qızğın silahlanma yarışını elan etdi
Bizi izləyin

Dünya

ABŞ qızğın silahlanma yarışını elan etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ ordusunun müasirləşdirilməsini elan edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ müdafiə naziri Çak Hegel müasirləşdirmə planlarının texnologiya sıçrayışına gətirib çıxaracağını gözləyir.

Pentaqon genişmiqyaslı müasirləşdirilmənin keçirilməsini Çin və Rusiya kimi ölkələrin orduları qarşısında üstünlüyünü itirməmək üçün vacib hesab edir. Los-Ancelesdə bir konfransda çıxış edən Hegel robot texnikasının hərbi məqsədlər üçün istifadəsi barədə danışıb. Onun sözlərinə görə, Pentaqon yeni "Müdafiə İnnovasiyaların Təşəbbüsü" çərçivəsində layihəyə dəstək üçün universitetlərə və sahibkarlara müraciət etmək niyyətindədir.

“Müasirləşdirmə planları texnologiya sıçrayışına gətirib çıxara bilər. Analoji olaraq bunu ötən yüzilliyin 1950-ci illərində atom silahı sahəsində inkişaf və “Stealth” gözəgörünməz təyyarələrin hazırlanması texnologiyası ilə müqayisə etmək olar”, - Pentaqon rəhbəri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm