Ərdoğan Orbanla danışdı: Bu məsələləri müzakirə etdilər
Bizi izləyin

Dünya

Ərdoğan Orbanla danışdı: Bu məsələləri müzakirə etdilər

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

Publika.az xəbər verir ki, danışıqda Türkiyə ilə Macarıstan münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib. Bu barədə Türkiyənin Rabitə Müdirliyi tərəfindən məlumat verilib.

Ərdoğan Macarıstana Avropa Birliyinə sədrliyində uğurlar arzulayıb və Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin canlanmasında Macarıstanın dəstəyinin vacib olduğunu bildirib.

Prezident danışıq zamanı baş naziri ad günü münasibətilə də təbrik edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm