ABŞ İŞİD-in yaydığı videonu araşdırır
Bizi izləyin

Dünya

ABŞ İŞİD-in yaydığı videonu araşdırır

ABŞ Milli Təhlükəsizlik Şurası İŞİD terror təşkilatının amerikalı həkimin edamı ilə bağlı yaydığı videonu araşdırır.

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihan məlumat verib. Bernadet Mihan deyib ki, kəşfiyyat yayılan videonun həqiqiliyin tez bir zamanda yoxlamaq üçün bütün səylərini səfərbər edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı amerikalı humanitar yardım işçisi Əbdülrəhman Kassiqin başının kəsilərək edam olunması ilə bağlı video yayıblar.

Videonu kəsilmiş başin yanında dayanan bir yaraqlı bu basin Kassiqə məxsus olduğunu deyir. Video basin kəsilməsi səhnəsini göstərmir. İngilis dilində Britaniya ləhcəsi ilə danışan yaraqlı deyir ki, onlar “ilk amerikalı səlibçi”ni Suriyanın Dabiq şəhərində basdırırlar. Yaraqlı ABŞ əsgərlərinin eyni aqibətlə üzləşəcəyinə dair xəbərdarlıq da edib.

Eyni videoda daha Suriya ordusunun 18 əsgərinin də başının kəsilməsini əks etdirir. ABŞ Ordusunun 26 yaşlı sabiq üzvü olan Kassiq 13 ay əvvəl Suriyanın müharibə gedən şəhərində humanitar yardım işi ilə məşğul olarkən girov götürülmüşdü. Ailə bildirmişdi ki, əsirlikdə olarkən onun dini ilə yanaşı, adı da Piterdən Əbdülrəhmana dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm