İŞİD 15 Suriya əsgərinin başını kəsdi – VİDEO 18+
Bizi izləyin

Dünya

İŞİD 15 Suriya əsgərinin başını kəsdi – VİDEO 18+

İŞİD terror təşkilatı 15 Suriya əsgərinin başının kəsildiyi videonu internetdə yayımlayıb.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Suriya və İraqda fəaliyyət göstərən İŞİD terror təşkilatı dünən internetə daha bir video yükləyib. Videoda İŞİD tərəfindən əsir götürülən 15 Suriya əsgərinin başı kəsilərək öldürüldüyü görünür.

Yayımlanan videoda terror təşkilatının üzvləri əsirləri diz üstə çökdürür, daha sonra bir qutunun içərisindən hərə bir bıçaq götürür və hamısı eyni vaxtda əsirlərin başlarını kəsməyə başlayır.

Videonun diqqət cəlb edən məqamı əsgərlərin başını kəsən yaraqlıların hərbçi forması geyinməsi və sadəcə, birinin maska taxması olub.

Daha ətraflı videoda:

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm