Beynəlxalq nəzarətçilər Azərbaycan ərazisinə buraxılacaq - İrandan 7 yeni addım
Bizi izləyin

Dünya

Beynəlxalq nəzarətçilər Azərbaycan ərazisinə buraxılacaq - İrandan 7 yeni addım

Diplomatik mənbələr İranın nüvə proqramını yalnız dinc məqsədlə həyata keçirildiyini beynəlxalq ictimaiyyətə sübut etməyə çalışdığını söyləyir. İran 18 Fevral tarixində “5+1” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə yenidən danış

Qərb ölkələri ilə 18 Fevral tarixində yenidən görüşməyi planlaşdıran İran Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) səlahiyyətliləri ilə prinsip razılaşması əldə edib.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranla MAQATE arasında keçən həftənin cümə günü Tehranda başlayan danışıqlar dünən müsbət ab-havada başa çatıb.

Məlumata görə, İran 3 ay ərzində 7 mövzuda addımlar atacağına dair MAQATE səlahiyyətlilərinə söz verib. Addımların nələrdən ibarət olduğu isə rəsmi olaraq açıqlanmır. İran nümayəndə heyətinə başçılıq edən Rza Necafi qarşıdakı günlərdə bəzi lazımı məsələlərlə bağlı MAQATE səlahiyyətlilərinin məlumatlandırılacağını bildirib.

Beynəlxalq təşkilatın rəsmi internet saytında verilən açıqlamada “daha əvvəl müəyyənləşdirilən mövzularda üzərinə düşəni etdiyi, dünənki danışıqlarda isə daha 7 yeni addımla bağlı razılaşdıqları” deyilir. Tehrandakı danışıqlardan sonra İranın beynəlxalq nəzarətçilərin Cənubi Azərbaycanın Səhənd bölgəsindəki uran mədənlərinə daxil olmasına icazə verəcəyi də gözlənilir.

Diplomatik mənbələr İranın nüvə proqramını yalnız dinc məqsədlə həyata keçirildiyini beynəlxalq ictimaiyyətə sübut etməyə çalışdığını söyləyir. İran 18 Fevral tarixində “5+1” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) ilə yenidən danışıqlar masasına oturacaq. 2013-cü il noyabr ayında İran və “5+1” ölkələri İsveçrənin Cenevrə şəhərində bir araya gəlmiş İranın nüvə proqramına bəzi məhdudiyyətlər tətbiq olunmuş, əvəzində isə ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalar yüngülləşdirilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm