Minlərlə çex öz prezidentinə “qırmızı kart” göstərdi – FOTO (VİDEO)
Bizi izləyin

Dünya

Minlərlə çex öz prezidentinə “qırmızı kart” göstərdi – FOTO (VİDEO)

Çexiya minlərlə sakini bu gün Praqada prezident Miloşa Zemanın istefası tələbi ilə küçələrə çıxıb.

Publika.az-ın verdiyi xəbərə görə, Çexiyanın STK informasiya agentliyi mitinq iştirakçıların dövlət başçısına könüllü şəkildə istefa tələbi ilə xüsusi müraciət yazdığını bildirib.

Mitin iştirakçıları “Zibil çəninə Zeman!" deyərək qışqırıblar. Agentlik qeyd edir ki, şəhərin küçələrində bu cür çağırışlar Çexoslovakiyada kommunist rejimin devrildiyi 1989-cu ildə eşidilmişdi. Bu gün Çexiya və Slovakiya “Məxmər inqilab”ın 25-ci ildönümünü qeyd edir.

Mitinq iştirakçıları plakatlarda xüsusi olaraq “Biz Rusiyanın koloniyası olmaq istəmirik” yazıblar. İnsanlar prezidentin siyasətinə etiraz əlaməti olaraq qırmızı kart saxlayırdılar. STK-nin məlumatına görə, Praqada prezidentin tərəfdarları da aksiya keçirsə də, onların sayı bir neçə on nəfəri keçməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm