Sünnət əməliyyatı Konstitusiya Məhkəməsində
Bizi izləyin

Dünya

Sünnət əməliyyatı Konstitusiya Məhkəməsində

Almaniyada müsəlman bir uşağı sünnət edən həkimi "yaralama" ittihamı ilə cəzalandıran əyalət məhkəməsi sünnətin qeyri-qanuni olması ilə bağlı qərar verib.

Publika.Az-ın məlumatına görə, Almaniyanın Köln əyalət məhkəməsinin qərarında deyilir: "Nə valideynlərin haqqı, nə də konstitusiya zəmanəti altında olan din azadlığı belə bir əməliyyata səbəb ola bilməz".

Sünnəti xətər yetirmə cinayəti olduğu üçün qeyri-qanuni hesab edən məhkəmə belə əməliyyatı ancaq tibbi zərurət yarandığı halda qanuni sayıb.

Məhkəmə bu qərarı Kölndə müsəlman bir həkimin 4 yaşlı uşağı sünnət etməsi və onun iki gün sonra qanama səbəbi ilə xəstəxanaya aparılmasına görə verib.

Prokurorun həkimlə bağlı istintaqından sonra açılan iddiada sünnətetmə əməliyyatı "bədəndə ağır və aradan qaldırılması mümkün olmayan bir zədə" olaraq qiymətləndirilib.

Bu qərardan sonra Almaniyanın digər şəhərlərində analoji qərarların verilməsi, daha sonra məsələnin Konstitusiya Məhkəməsinin gündəliyinə salınması gözlənilir. Bu məsələdə son sözü Konstitusiya Məhkəməsi deyəcək.

Müsəlman və yəhudi icmaları isə sünnətin cəzalandırılmasına sərt etiraz edir, qadağanı "din azadlığına müdaxilə" kimi dəyərləndirirlər.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm