“Foreign Policy“: “Xəzər dənizi getdikcə “barıt çəlləyi“nə çevrilir“
Bizi izləyin

Dünya

“Foreign Policy“: “Xəzər dənizi getdikcə “barıt çəlləyi“nə çevrilir“

Publika.Az-ın məlumatına görə, jurnal yazıb ki, regional rəqabətin getdiyi Xəzər dənizi getdikcə “barıt çəlləyi”nə çevrilir:

“Dünyanın İsrailin İrana zərbə endirəcəyini gözlədiyi bir vaxtda Xəzər regionundakı keçmiş SSRİ ölkələri silahlanmanı sürətlə artırırlar. Azərbaycan, Qazaxıstan və Türkmənistanın dəniz sərhədləri hələ ki, həll olunmamış qalır. Mübahisəli sularda zəngin neft-qaz yataqları var və buna görə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan öz yeni var-dövlətlərini qorumaq üçün pullar xərcləyirlər.


Bunun ən başlıca səbəblərindən biri İrandır. Bu ölkələr narahatdır ki, Rusiyanın dənizdəki hökmranlığı, Moskvaya, onların neft-qaz siyasətinə diktə etməyə şərait yaradır. İran və Rusiya isə ABŞ və Avropanın Xəzəryanı regiona gəlməsindən qorxurlar. Bütün bunlar potensial münaqişə üçün zəmin hazırlayır”.

“Foreign Policy”onu da qeyd edib ki, son 10 ildə Xəzər dənizində bir neçə münaqişə baş verib. 2001-ci ildə İran hərbi gəmisi Xəzərin Azərbaycan hissəsində kəşfiyyat işləri aparan BP şirkətinin gəmisini hədələmişdi: “Düzdür, Xəzər dənizi hələ əsl qaynar nöqtəyə çevrilməyib, amma vəziyyət təhlükəlidir. Bütün Xəzəryanı dövlətlər özlərinin əsl məqsədlərini gizlədirlər. Məsələ bundadır ki, 5 dövlətin hamısı Xəzərdə silahlanmaya qarşı çağırışlar edir, amma apardıqları silahlanma yarışını terror və quldurluq təhlükəsi ilə əsaslandırırlar”.



Anar Əhmədov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm