Mahmud Abbas: “Bunu kimin etməsindən asılı olmayaraq…”
Bizi izləyin

Dünya

Mahmud Abbas: “Bunu kimin etməsindən asılı olmayaraq…”

Fələstin lideri Mahmud Abbas bu gün Qüdsdə sinaqoqa edilən hücumla bağlı bəyanat verib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M.Abbas hadisənin kimin tərəfindən törədilməsindən asılı olmayaraq, sinaqoqda dua edənlərə hücumu pislədiyini bildirib.

Qeyd edək ki, Qüdsdə yerləşən bir sinaqoqa bu gün balta və bıçaqlarla silahlanlanmış iki fələstinli hücum edib. Onlardan birinin üzərində tapança da olub. Hücum nəticəsində beş nəfər öldürülüb. İsrail mediasının yazdığına görə, yaralanan səkkiz nəfərdən ikisinin vəziyyəti ağırdır. Polis hücum edənlərin hər ikisini öldürüb.

İsrail baş naziri Benyamin Netanyahu isə hadisəyə görə məsuliyyəti “Həmas” təşkilatı və Fələstinin lideri Mahmud Abbasın üzərinə qoyub. ABŞ dövlət katibi Con Kerri isə Fələstin liderlərindən zorakılığI dayandırmağa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm