Ukraynalı generala təyyarə qəzasına görə cinayət işi açıldı
Bizi izləyin

Dünya

Ukraynalı generala təyyarə qəzasına görə cinayət işi açıldı

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın Əsas operativ idarəsi rəhbərinin birinci müavini, general-mayor Viktor Nəzərova qarşı cinayət işi açılıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, general-mayor 14 iyunda Luqansk aeroportunda Ukraynanın Hərbi Hava Qüvvələrinin “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasında şübhəli şəxs hesab olunur.

Təyyarə eniş vaxtı separatçılar tərəfindən vurulmuş və içində olan 25-ci hava-desant briqadasının 49 hərbçisi həlak olmuşdu. Rotasiya üçün şəxsi heyət daşıyan təyyarədə hərbi texnika, avadanlıq və ərzaq olub. Təyyarənin zenit qurğusundan və iriçaplı pulemyotla vurulduğu bildirilir.

General Nəzərov həmin vaxt antiterror qərargahına rəhbərlik edirdi. O, aeroport ərazidə operativ vəziyyəti nəzərə almamaqda, həmçinin kəşfiyyat və hərbi hissə komandirlərinin məruzələrini qəbul etməməkdə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm