"Total" prezidentinin istintaqı ilə bağlı AÇIQLMA
Bizi izləyin

Dünya

"Total" prezidentinin istintaqı ilə bağlı AÇIQLMA

Paris prokurorluğu Moskvanın "Vnukovo” aeroportunda təyyarə qəzasında dünyasını dəyişən Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin ölümü ilə əlaqədar şəxsi araşdırmasını həyata keçirəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Paris prokurorluğunun nümayəndəsi bildirib.

Prokurorluq hadisənin araşdırılması üçün iki xüsusi müstəntiq ayırıb.

Xatırladaq ki, dünyanın ən böyük neft şirkətlərindən olan “Total”ın prezidentinin təyyarəsi 21 oktyabr gecəsində qəzaya uğrayıb. Təyyarə havaya qalxarkən qəflətən uçuş zolağına daxil olan qar təmizləyən maşınla toqquşub. Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşını sərxoş sürücü idarə edirdi. “Total” prezidentindən başqa ekipajın üç üzvü də həlak olmuşdu.

Rusiya prezidenti Vladimir Putin isə “Total”ın mərhum prezidentini ölümündən sonra mükafatlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm