Ermənistanda yeni pilotsuz təyyarələrin sınağına başlanılıb
Bizi izləyin

Dünya

Ermənistanda yeni pilotsuz təyyarələrin sınağına başlanılıb

Rusiyanın Ermənistandakı hərbi bazasında yeni "Navodchik-2" pilotsuz uçuş aparatı kompleksinin sınaqlarına başlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinə istinadən xəbər yayıb.

CHD-nin məlumatında deyilir: "Kamxud və Alaqyaz tədris-təlim komplekslərində sınaq uçuşları müxtəlif iqlim şəraitlərində, eləcə də dağlıq ərazilərdə gecə və gündüz həyata keçirilir".

Pilotsuz təyyarələr hava kəşfiyyatı üçün tətbiq edilir. Onlar istənilən vaxtda hətta yaxşı maskalanmış rəqibi də aşkar etməyin mümkün olduğu döyüş tapşırıqlarını fototəchizat, infraqırmızı və videomodullar vasitəsilə yerinə yetirə bilərlər. Uçuş aparatının maksimal sürəti saatda təxminən 120 kilometr, uçuşun maksimal hündürlüyü 3 min metrə qədər təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm