Şotlandiyanın baş naziri rəsmən istefaya getdi
Bizi izləyin

Dünya

Şotlandiyanın baş naziri rəsmən istefaya getdi

Şotlandiya millətçilərinin lideri, baş nazir Aleks Salmond rəsmən istefa verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, öz varisi kimi müavini Nikolu Sterdjeni təklif edib.

Salmond bildirib ki, o, Şotlandiya hökumətinin başçısı vəzifəsini optimist və əminlik hissi ilə tərk edir: “Şotlandiya yenidən özünü iqtisadi və siyasi baxımdan rahat hiss edir. Məhz belə bir vaxtda getmək istəyirəm. Mən şotland xalqının müdrikliyi və istedadına inanıram".

Qeyd edək ki, Salmond istefa barədə qərarını hələ 19 sentyabrda – müstəqillik haqqında referendumda məğlubiyyətdən bir gün sonra bəyan etmişdi.

Onun təklifi qəbul olunarsa, Nikolu Sterdjen Şotlandiyanın baş naziri vəzifəsində ilk qadın ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm