Abdullah Gül prokurorluqda ifadə verdi
Bizi izləyin

Dünya

Abdullah Gül prokurorluqda ifadə verdi

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Baş Prokurorluqda ifadə verib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Abdullah Gülün Nəcməddin Ərbakanın partiya lideri olan vaxtı “yoxa çıxmış trilyon” istintaqı çərçivəsində dünən Ankarada Baş Prokurorluqda ifadə verdiyi məlum olub. Qeyd edək ki, Gül indiyə kimi prezident toxunulmazlığı olduğu üçün ifadə verməmişdi.

Gül prezidentlik müddəti bitəndən sonra vəkili vasitəsi ilə Baş Prokurorluğa müraciət edərək ifadəsinin alınmasını istəyib.

Keçmiş prezidentin şəxsi səhifəsində ifadəsi ilə bağlı açıqlama verilib: “Abdullah Gül Rifah Partiyasının (Ərbakanın sədri olduğu partiya) Beynəlxalq Əlaqələr koordinatoru olduğu zaman maddi məsələlərdə səlahiyyət və hüququ olmasa da, hüquqa hörmət əlaməti olaraq ifadə verib”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm