Devid Kameron Almaniyanı qəzəbləndirib
Bizi izləyin

Dünya

Devid Kameron Almaniyanı qəzəbləndirib

“Böyük Britaniya baş naziri Devir Kameronun Avropa Birliyində radikal islahatların keçirilməsi barədə planları Almaniyanı hirsləndirir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.

Nəşrin məlumatına görə, alman deputatların Londona səfəri də Böyük Britaniya və Almaniya arasında münasibətlərin pis olduğunu göstərdi. “Lap çox danışdılar, amma heç kəs bir-birini eşitmir", - deyə qəzet qeyd edib.

“Der Spiegel” yazır ki, Kameronun Avropa Birliyini tənqid etməsi Almaniya və Böyük Britaniya arasında münasibətlərdə parçalanmanı dərinləşdirib. Xüsusi olaraq, alman nümayəndə heyəti Avropa Birliyinin miqrasiya qanunvericiliyini dəyişdirmək istəyən Kamerona cəhdlərini tənqid edib. “Der Spiegel”in məlumatına görə, əgər Avropa Birliyi güzəştə getməyə hazır olmazsa, Böyük Britaniya qurumun tərkibindən çıxa bilər.

“Der Spiegel” qeyd edir ki, Almaniya kansleri Angela Merkel də Böyük Britaniya qurumun tərkibində qalmasını istəyərdi. “Amma nəyin bahasına olursa-olsun deyil", - alman nəşri Merkelin güzəştə getməyəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm