Yanukoviç və oğullarına bəd xəbər gəldi
Bizi izləyin

Dünya

Yanukoviç və oğullarına bəd xəbər gəldi

Avropa Birliyində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və ailəsinə qarşı qəbul olunan sanksiyaların ləğvi istisna edilir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Brüsseldəki mənbə Ukraynanın bəzi sabiq-məmurlara qarşı qüvvədə olan sanksiyaların ləğvi məsələsi hətta müzakirə edilmədiyini bildirib.

Xatırladaq ki, Ukraynanın bəzi KİV-ləri ölkənin sabiq məmurlarına qarşı tətbiq olunan sanksiyaların məhkəmələr vasitəsilə ləğvinin mümkünlüyü barədə məlumat yayıb.

Avropa Birliyi 5 martda Ukraynanın 18 keçmiş vəzifəli şəxsin maliyyə aktivlərini dondurdu. Onlar dövlət mülkiyyətinini qanunsuz ələ keçirməkdə ittiham olunur.

Sabiq prezident Viktor Yanukoviç və onun iki oğlu, sabiq baş nazir Nikolay Azarov və onun oğulu, baş prokuror Viktor Pşonka və onun oğlu biznesmen Sergey Kurçenko, keçmiş baş nazirin birinci müavini Sergey Arbuzov sanksiyalrla bağlı Avropa Birliyinin Məhkəməsinə müraciət edib. Aropa Birliyinin Məhkəməsindən isə bildiriblər ki, şikayətlərin müzakirəsi mümkün apellyasiya da daxil olmaqla 4 ilə qədər davam edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm