Britaniya diplomatları Moskvanı fakt qarşısında qoydu - FOTO
Bizi izləyin

Dünya

Britaniya diplomatları Moskvanı fakt qarşısında qoydu - FOTO

Böyük Britaniyanın Ukraynadakı səfirliyi Rusiya Federasiyasına Donbas hövzəsində yerləşdirdiyi tanklarını tanımağa kömək edəcək.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Britaniya diplomatları səfirliyin "Tvitter” səhifəsində Rusiyanın “T-72BM” tankının fərqləndirici nişanları ilə təqdim edib.

Həmin tanklardan Ukraynanın Silahlı Qüvvələrində istifadə olunmadığı deyilir. Rusiya isə Donbas hövzəsində hərbi texnikanı yerləşdirdiyi barədə ona yönələn bütün ittihamları rədd edir.

Britaniya diplomatları həmçinin tankların Ukrayna ərazisində hərəkəti ilə bağlı tarixi də göstəriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm