Qara qar yağdı
Bizi izləyin

Dünya

Qara qar yağdı

Rusiyanın Sibir bölgəsində ətraf mühitin çirkliliyindən qaynaqlanan qara və boz rəngli qar görənləri çaşdırıb.

Rusiyanın Sibir bölgəsində ətraf mühitin çirkliliyindən qaynaqlanan qara və boz rəngli qar görənləri çaşdırıb.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qərbi Sibirin Omsk şəhərində qara qar keçən il dekabr ayında da iki dəfə yağıb.

Rusiya Federal Təbii Qaynaqlar Yoxlama Servisi mövzu ilə bağlı elmi işlərin davam etdiyini, ilk məlumatlara görə TPP-5 stansiyasına görə küllərin meydana gəldiyinə diqqət çəkib.

Omsk bölgəsi Gazpromneftə aid neft zavodundan çıxan zərərli tullantılara görə ağ təbəqə ilə örtülmüşdü. Mütəxəssislər ağ örtüyün insan sağlamlığı baxımından zərərli olmadığını müdafiə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm