ABŞ İŞİD-lə bağlı planlarını açıqladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-lə bağlı planlarını açıqladı

ABŞ Baş qərargah rəisi Martin Dempsey vəzifəsinin Əsədi devirmək yox, İŞİD-i zərərsizləşdirmək olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, paytaxt Vaşinqtonda mətbuat konfransı keçirən Dempsey İŞİD-i məhv etməyin tək yolunu açıqlayıb: “Əminəm, sualı ora gətirəcəksiniz. Və məndən bunu soruşacaqsınız. Mənim vəzifəm Əsədi devirmək deyil, İŞİD-i zərərsizləşdirməkdir. Bunun da tək yolu var: sünnilər İŞİD-dən imtina etməlidir”.

Terrorla mübarizənin təkcə İraqda yox, Suriyada da aparılmasının vacib olduğunu deyən Dempsey strategiya baxımından İraqın daha əlverişli olduğunu deyib: “İraq ordusu bizə koalisiya qüvvələrindən daha çox kömək edir. İraqda bizi ardıcıl hərbi strategiyaya aparacaq şərtləri hazırladıq. Amma bunu Suriyada edə bilmirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm