33 türk zabitinin qatili Almaniyadan Ərbilə gəldi
Bizi izləyin

Dünya

33 türk zabitinin qatili Almaniyadan Ərbilə gəldi

Bir vaxtlar PKK terror təşkilatının Mərkəzi Komitəsinin üzvü olan “Doktor Süleyman” kod adlı Səid Çürükqaya İŞİD-in İraq Kürd Regional Rəhbərliyinin (İKRR) tabeçiliyindəki şəhərlərə hücumundan sonra Almaniyadan Ərbilə gedərək peşmərgəyə döyüş təlimləri keçməyə başlayıb.

Axar.az “Aksam.com.tr”yə istinadən xəbər verir ki, 1990-cı ildə PKK-ya qoşulandan sonra terror təşkilatının yüksək mərtəbələrinə qədər qalxan Süleyman Çürükqaya Abdullah Öcalan Keniyada yaxalanıb Türkiyəyə gətiriləndən sonra bir qrup dostu ilə PKK-dan ayrılıb və Çukurova Universitetinin tibb fakültəsini 3-cü kursda ataraq Almaniyaya gedib. Almaniyada bir universitetdə müşavirlik təhsili aldıqdan sonra uzun müddət müşavir olaraq fəaliyyət göstərib.

33 zabiti şəhid edənlərdən biridir

1993-cü ildə Türkiyənin Bingöl vilayətində 33 türk zabitini qətlə yetirənlərdən biri də Süleymandır. Lakin Süleyman bu iddiaları təkzib edib. O, 33 zabitin öldürülməsi və peşmərgəyə təlim keçməsi haqda deyib: “1993-cü ildə Bingöldə 33 zabitin şəhid edilməsi o vaxtı PKK-nın bölgə koordinatoru olan Zeynal kod adlı Cəlal Barakın işidir. O vaxt atəşkəs razılaşmasından sonra ordu bölgədə intensiv əməliyyatlar keçirirdi. Çoxlu sayda PKK-çı ordunun əməliyyatları nəticəsində həlak oldu. Bundan sonra Abdullah Öcalan təlimatında “heç bir şey eləmirsinizsə, heç olmasa oradakı yolları tutun, keçən əsgərləri öldürün” təlimatını verəndən sonra Bingöl-Elazığ yolu bir qrup PKK-çı tərəfindən kəsilib və silahsız olaraq o yoldan keçən əsgərlər öldürülüb. Bu hadisənin mənimlə əlaqəsi yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm