Papa İŞİD-dən qorxdu, İraq səfərindən vaz keçdi
Bizi izləyin

Dünya

Papa İŞİD-dən qorxdu, İraq səfərindən vaz keçdi

Roma papası Françesko İŞİD təhlükəsi səbəbindən Şimali İraq səfərindən imtina etmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, İtaliyanın “Corriere Della Sera” qəzetinin saytı papa Françeskonun “İraq Kürdüstanı"na getmək istədiyini, lakin xüsusi-xidmət orqanlarının İŞİD təhlükəsi xəbərdarlığından sonra səfərdən vaz keçdiyini yazıb.

Xəbərdə qeyd edilir ki, papa avqust ayında Cənubi Koreyadan qayıdan zaman təyyarədə jurnalistlərə verdiyi açıqlamada “Şimali İraqa getmək istəyirəm. Lakin mənə verilən məlumata görə indi ora getmək o qədər də asan deyil. Terror aktı törədilə bilər. Günahsız insanlar mənə görə ölə bilər” deyə qeyd edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm