Baltikyanı ölkələr Rusiya ilə müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

Baltikyanı ölkələr Rusiya ilə müharibəyə hazırlaşır

“Son proseslər Baltikyanı ölkələrinə Rusiya təhlükəsinin olması barədə iddiaları haqlı çıxardı. Rusiya hərbi təyyarələri və gəmilərinin fəallığı artır. Baltikyanı ölkələr hərbi təhlükəyə qarşı durmaq üçün ciddi hazırlaşır”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Latviyanın müdafiə naziri Reymond Veyonis Baltikyanı ölkələrin sərhədlərində yaranmış vəziyyəti şərh edərkən deyib.

O, əmin edib ki, ölkə şərqdən ediləcək mümkün hərbi müdaxiləyə hazırdır. Noyabrın əvvəlində Rusiyanın hərbi gəmisi Latviyanın xüsusi iqtisadi zonasına daxil olub. Ümumilikdə bir il ərzində Rusiya hərbi gəmiləri 50 dəfə Latviyanın ərazi sularına yaxınlaşırdı. Baltikyanı dövlətin hava sərhədləri yaxınlığında isə Rusiyanın hərbi təyyarələri 200 dəfə görünüb.

“Bizdə xüsusi iş planları var. Daxili İşlər Nazirliyi ilə müxtəlif ssenariləri orduya və polisə öyrədərək təlimlər keçiririk. Amma, əlbəttə ki, qonşularımızla, həmçinin NATO-dakı müttəfiqlərimizlə əməkdaşlığı genişləndirmək lazımdır", - deyə Latviyanın müdafiə naziri bildirib.

Litvada isə Rusiyanın mümkün müdaxiləsinə cavab vermək üçün yüksək hazırlıqlı döyüş gücləri yaradılıb. Döyüş güclərinin tərkibinə 1600 hərbi qulluqçu daxildir.

Litva prezidenti Dalya Qribiuskayteni hesab edir ki, Rusiya əgər Ukraynada dayandırmasa, təcavüz bütün Avropaya yayıla bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm