Vahid Ələkbərov Kremlin qərarına qarşı
Bizi izləyin

Dünya

Vahid Ələkbərov Kremlin qərarına qarşı

Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov qiymətlərin sabitləşməsi üçün ölkədə neft hasilatının azaldılmasını məqsədəuyğun hesab etmir.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, V.Ələkbərov qiymət parametrlərinin kifayət qədər sürətli şəkildə bərpa olunacağına əmin olduğunu ifadə edib.

O, Rusiyanın neft hasilatını neft ixracatçısı olan başqa ölkələrlə əlaqələndirməsinin də əleyhinə çıxıb. V.Ələkbərov qiymətləndirməsinə əsasən, “Lukoyl" 2015-ci ildə 102 milyon ton neft çıxaracaq.

Qeyd edək ki, Rusiya energetika naziri Aleksandr Novak hökumətin neft qiymətinin saxlanılması üçün hasilatın azalması imkanına baxdığını bildirib. Qiymət səviyyəsinin saxlanılması üçün neft hasilatının azaldılması 27 noyabrda Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) növbəti iclasında müzakirə mövzusu olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm