Fransanın sərbəst buraxdığı İŞİD üzvü Türkiyədə tutuldu
Bizi izləyin

Dünya

Fransanın sərbəst buraxdığı İŞİD üzvü Türkiyədə tutuldu

Türkiyənin həbs edərək Fransaya verdiyi 26 yaşlı İŞİD üzvü Faradje Abidat ay yarım sonra yenidən Türkiyədə saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Fransa vətəndaşı 19 oktyabr tarixində Fansa Hava Yollarının (Air France) İstanbul-Paris reysi ilə Fransaya göndərilmişdi.

Parisin “Charles də Gaulle” hava limanında ifadəsi alınan Abidat Suriyaya humanitar yardım aparmaq üçün Türkiyəyə getdiyini iddia edib. Fransa hüquq-mühafizə orqanları dəlillərin kifayət olmadığını əsas gətirərək onu azad edib.

Ancaq Fransa kəşfiyyatı 22 oktyabrda Abidatın Sofiyadan İstanbula gedən bir avtobusa mindiyinə dair bir məlumatı Türkiyə kəşfiyyatına çatdırıb. Türkiyə tərəfi onun sərnişinlərin siyahısında olduğunu, ancaq avtobusda olmadığını müəyyənləşdirib. Qeyri-qanuni yollarla Türkiyəyə daxil olan Fransa vətəndaşı 7 noyabrda Şanlıurfa vilayətinin Akçakale mahalından Suriyaya keçmək istəyərkən tutulub.

Abidat deportasiya əməliyyatının tamamlanması üçün Şanlıurfada saxlanılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm