“Wikileaks”ın yaradıcısına “müddətsiz sığınacaq” icazəsi
Bizi izləyin

Dünya

“Wikileaks”ın yaradıcısına “müddətsiz sığınacaq” icazəsi

Ekvador məşhur “Wikileaks” saytının yaradıcısı Culian Assanja verdiyi sığınacaq müddətini uzadıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “El Universo” nəşri yazıb.

Xəbərdə bildirilir ki, Culian özü üçün təhlükəsiz yer tapana kimi Ekvadorun İngiltərədəki səfirliyində qalacaq. Ekvador hökuməti eyni zamanda İsveç hakimiyyətinə “prosesin ən sürətli şəkildə nizama salması" üçün hüquqi sahədə əməkdaşlıq təklif edib.

Xatırladaq ki, noyabrın 20-də İsveçdə Svea apelyasiya məhkəməsi “Wikileaks”in banisinin beynəlxalq həbs orderini geri çağırmaqdan imtina edib. Məhkəmə instansiyası hesab edir ki, Assanja qarşı irəli sürülən cinayət ittihamları kifayət qədər ciddidir.

Assanj sığınacaq aldığı 2012-ci ildən Ekvador səfirliyinin ərazisini tərk etmir. İsveç prokurorluğu onun İsveçin iki vətəndaşına qarşı seksual xarakterli cinayətdə ittiham edir. Assanj isə ittihamları qəbul etmir. Assanjın həbs orderinin 2 dekabr 2010-cu ildə verilməsinə baxmayaraq, rəsmi ittihamlar indiyə qədər ona təqdim edilməyib. Çünki İsveç qanunlarına əsasən, şübhəli şəxs ilkin araşdırma çərçivəsində mütləq dindirilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm