Dünya
Yaponiyada qadınların kişilərə qarşı “seks tətili”
Yaponiyada bir qrup qadın yeni seçilmiş Tokio qubernatoruna səs vermiş kişilərə qarşı seks boykotuna başlayıb. Çünki, yeni qubernator iddia edir ki, qadınlar aybaşı dövriyyəsinə görə dövlət işlərinə yararsızdırlar.
Publika. az xarici mətbuata istinadən xəbər verir ki, Yoiçi Masuzo kişi jurnallarının birinə verdiyi müsahibəsində deyir: “Qadınlar aybaşı vaxtı heç bir əhəmiyyətli qərar qəbul edə bilməz çünki onlar “normal” vəziyyətdə olmurlar”.
Keçən həftə Twitter səhifəsində “qadınların Masuzoya səs vermiş kişilərlə sekslə məşğul olmamaq cəmiyyəti” 3.000 ardıcıl toplayıb.
Buna baxmayaraq, nüvə enerjisinə son qoymağı söz verən Yaponiyanın hakim partiyasına arxalanan keçmiş səhiyyə naziri şənbə günü keçirilən Tokio qubernator seçkilərində iki namizədə qalib gəlib.
Anonim qrup iştirakçıları öz profillərində qeyd edirlər: ”Biz qadınlara qarşı təhqiramiz fikirlər yürüdən cənab Masuzoya qarşı qalxmışıq. Biz cənab Masuzoya səs verən kişilərlə sekslə məşğul olmayacağıq.”
1989-ci il müsahibəsində o qadınları aybaşı dövriyyəsinə görə düşüncəsiz adlandırıb.
O deyib: “ Qadınlar aybaşı vaxtı normal olmur. Müharibə və ya bu kimi ölkə üçün əhəmiyyətli qərarların həllində onlara icazə vermək olmaz.”
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu