Ukrayna kəşfiyyatçıları “Rusiç” diversiya qrupunun liderini ələ keçirib
Bizi izləyin

Dünya

Ukrayna kəşfiyyatçıları “Rusiç” diversiya qrupunun liderini ələ keçirib

Ukrayna Təhlükəsizlik Xidməti “Rusiç” diversiya qrupunun liderini saxlayıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, diversiya qrupunun lideri 1977-ci il təvəllüdlü və “Pişik” kod adlı Ukrayna vətəndaşıdır.

Əməliyyatda Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı ilə birlikdə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi iştirak edib. “Rusiç” diversiya qrupunun “Donetsk Xalq Respublikası” separatçı qurumu tərəfindən yaradıldığı bildirilir.

Təhlükəsizlik Xidmətinin sədrinin məsləhətçisi Markiyan Lubkivskinin sözlərinə görə, əməliyyatın unikallığı ondan ibarət olub ki, terrorçu separatçıların nəzarət etdiyi ərazidə saxlanılıb. “Kot”un üzərində silahdan başqa, Ukrayna blokpostlarının düzülüşünü əks etdirən topoqrafiya xəritələri, radio stansiyası, mobil terminallar və noutbuk tapılıb.

Məlumata görə, iyirmi döyüşçüdən ibarət olan qrup Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən idarə olunur. Dəstə üzvlərinin əksəriyyəti xüsusi təlim keçmiş Rusiya vətəndaşlarıdlır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm