ŞOK: İŞİD-in Kobani hiyləsi: Kürdlərlə ərəblər üz-üzə
Bizi izləyin

Dünya

ŞOK: İŞİD-in Kobani hiyləsi: Kürdlərlə ərəblər üz-üzə

2 aydan çoxdur Kobani uğrunda mübarizə aparan İŞİD terror təşkilatının son zamanlar geri çəkilməsinin səbəbi bəlli olub.

Publika.az-ın məlumatına görə, İŞİD Kobaninin ətrafında işğal etdiyi kəndləri ərəblərə satıb. Ona görə də, YPG silahlılarının hücumları zamanı kəndləri məqədli şəkildə tərk edirlər. Kəndə daxil olan kürdlər isə mülklərinin ərəblərə satıldığını öyrəniblər.

Məlumata görə, İŞİD işğal etdiyi kürd kəndlərini cəmi 5-10 min dollara satıb. 3-4 kəndi birdən alan ərəblər isə daşı daş üstə qoymayıblar. Kəndləri talan ediblər. Savaşdan öncə kürdlərlə ərəblərin mehriban yaşadığını deyən Ziravikli Feyaz İbrahim indi vəziyyətin dəyişdiyini bildirib. Onun fikrincə İŞİD-in məqsədi iki xalqı bir-birinə düşmən etməkdi.

"Biz xəyanət etmədik. Xəyanəti onlar etdi. Müharibədən sonra necə qonşuluq edəcəyik, bilmirəm", - Feyaz İbrahim əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm