Ukrayna rusları "qarşılamağa" hazırlaşır
Bizi izləyin

Dünya

Ukrayna rusları "qarşılamağa" hazırlaşır

Ukrayna ordusu Rusiyadan hərbi qüvvələrin sərhədləri keçməsinə dair məlumatdan sonra rusiyapərəst separatistlərə qarşı mümkün döyüşlərə hazırlaşır.

Publika.az-ın məlumatına görə, Ukrayna ordusu Luqans regionunda müdafiə əməliyyatlarına hazırlıq görür.

Hazır olmalıyıq. Bizimkilərin artilleriya və qrad raketlərinin hücumlarına məruz qaldığı barədə məlumat almışıq”, 39-cu sıravi əsgər batalyonundan Serqay İva deyib.

Adının Andriy çağırılmasını istəyən kapitan kifayət qədər hərbi sursata malik olduqlarını, lakin əlavə əsgəri qüvvəyə ehtiyac olduğunu bildirib: “Buraya bir neçə gün əvvəl gəlmişik. Qarşı tərəflə hələ ki, heç bir konfliktimiz olmayıb. Lakin burada işləyən kiçik qruplaşmalar var. Təqribən 10 nəfərdən ibarət. Biz belə bir kəşfiyyat məlumatı əldə etmişik.”

Onların postu tez-tez rəqib döyüşçülərin atəşinə məruz qalır. Bir gün əvvəl də qrad raketləri atılıb, amma yaralanan olmayıb.

Topçu Vaçeslav hücumlara hazır olduqlarını deyib: “Onlar bizim güclənməyimizə yardım edib. Hər şey çətinləşib. Hücum olsa cavabını verəcəyik”.

Kapitan Andriy Slota isə döyüşçülərin yorulduğundan şikayətlənib: “Gözləmək vaxtı deyil. Hərbi yolla məsələ həll edilməli, əsgərlər buraxılmalıdır. Vaxt gəlib çatıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm