Abxaziya və Rusiya ordusu Gürcüstana qarşı birləşdi
Bizi izləyin

Dünya

Abxaziya və Rusiya ordusu Gürcüstana qarşı birləşdi

Rusiya Abxaziya separatçı qurumu Gürcüstandan qopardılması istiqamətində daha bir addım atdı.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Soçidə Rusiya prezidenti Vladimir Putin və Abxaziya “prezidenti” Raul Xadjimba “Müttəfiqlik və strateji əməkdaşlıq haqqında" müqaviləni imzalayıb.

On illik müqavilə “təcavüzün dəf edilməsi üçün” birləşmiş silahlı qüvvələrin yaradılmasını nəzərdə tutur. Görüş zamanı Rusiya prezidenti Putin bildirib ki, Moskva müqavilənin imzalanması ilə Suxumiyə göstərilən maliyyə yardımını iki dəfə artıracaq. Xüsusi olaraq müqavilə çərçivəsində 2015-ci ildə Rusiya separatçı quruma 5 milyard rubl (təxminən 118 milyon dollar) yardım edəcək.

Müqaviləyə görə, üç ildən gec olmayaraq üç il sonra Abxaziya “ordusu”nun müasirləşdirilməsi həyata keçiriləcək. Rusiya Abxaziya hərbi qulluqçularının hazırlığı ilə məşğul olacaq və ordunu müasir silah növləri ilə təchiz edəcək.

Avropa Birliyindən isə bildiriblər ki, Abxaziya və Rusiya arasında bağlanılan müqavilə Gürcüstanın ərazi bütövlüyü prinsipinə zidddir. Tiflis isə bəyan edib ki, müqavilə Rusiya-Gürcüstan münasibətlərinin normallaşması prosesinə mane və Abxaziyanın zəbt edilməsinə tərəf növbəti addım olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm