Donbasda “Serb alayı” yaradıldı - VİDEO
Bizi izləyin

Dünya

Donbasda “Serb alayı” yaradıldı - VİDEO

Separatçıların Donbas hövzəsində yaratdığı “Novorossiya Ordusu”nun tərkibində “Serb alayı” təşkil edilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə İvan adlı “könüllü” serb video vasitəsilə bildirib.

Onun başçılıq edəcəyi alay Donbas hövzəsinə gəlmiş serblərdən ibarət olacaq. Alayın qarşısına kəşfiyyat-diversiya əməliyyatlarının yerinə yetirilməsi vəzifəsi qoyulub. “Serb alayı” iki eskadrondan ibarət olacaq. Onlardan biri Luqansk, digəri isə Donetsk vilayətinin ərazisində hərəkət edəcək. Alaya hərbçilərin seçimi və “könüllü”lərin təlimi ilə ruslar məşğul olacaq.

Qeyd edək ki, separatçılar bu günlərdə “Xarkov diviziyası”nın yaradıldığını və onun "Novorossiya Ordusu”nun tərkibinə daxil olacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm