İŞİD saatı irəli çəkdi
Bizi izləyin

Dünya

İŞİD saatı irəli çəkdi

İŞİD terrorçuları Suriyanın Rakka şəhərində vaxtı 1 saat irəli çəkib.

Axar.az xəbər verir ki, nəzarət altına aldığı bölgələrdə öz şəriət qaydalarını tətbiq edən təşkilat Dəməşq rəhbərliyi ilə eyni saat qurşağında yaşamaq istəmədiyi üçün bu addımı atıb.

Ayrıca olaraq terrorçular bu addımı Rakkanın Dəməşqdən 500 kilometr uzaqlıqda olması, burada günəşin paytaxtdan daha erkən doğması ilə əlaqələndirib. Rakkada təyin olunan saat vaxtı İŞİD-in nəzarət etdiyi bütün bölgələrlə eyni olacaq. Əmrə tabe olmayan şəxslər Rakkada yerləşən şəriət qazisi tərəfindən cəzalandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm