Rəfsəncani “İsrailə qarşı birlik” çağırışı etdi
Bizi izləyin

Dünya

Rəfsəncani “İsrailə qarşı birlik” çağırışı etdi

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani “İsrailə qarşı birlik” çağırışı edib.

Publika.az-ın İranın rəsmi agentliyi İRNA-ya istinadən verdiyi məlumata görə, keçmiş prezident etnik, dini və daxili məsələlərin islam ölkələrini məşğul etdiyini bildirib.

Onun sözlərinə görə, islam ölkələrinin ortaq hərəkət etməməsi İsrailin Fələstin xalqına etdiyi zülmə cəsarət verir.

“İslam ölkələri bir milyard yeddi yüz milyon əhaliyə sahibdir. İslam ölkələrinin sayı isə təxminən 60-dır. Zəngin enerji qaynaqlarına sahib bu ölkələr beynəlxalq sahədə birinci güc ola bilərdi”, - Rəfsəncani deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm