İŞİD-in paytaxtı bombalandı, onlarla ölü var
Bizi izləyin

Dünya

İŞİD-in paytaxtı bombalandı, onlarla ölü var

Suriya ordusuna aid döyüş təyyarələri “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının paytaxtı hesab olunan Rakka şəhərinə aviazərbələr endirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hücumda onlarla adam ölüb.

Rakka Yerli Koordinasiya Komitəsindən verilən açıqlamaya görə, Suriya ordusunun döyüş təyyarələri İŞİD-in nəzarətində olan Rakka şəhərinin sənaye bölgəsindəki bazarı və əhalinin sıx olduğu əraziləri bombalayıb. Ümumilikdə, döyüş təyyarələrinin şəhərə 6-dan çox hava hücumu təşkil etdiyi deyilir.

ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin döyüş təyyarələri isə Rakkadakı görmə və eşitmə qüsurlu uşaqların təhsil aldığı bir ibtidai məktəbi bombalayıb. İtkilər haqqında məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm