“Boko Haram”ın son hücumu 60 nəfərin həyatına son qoydu
Bizi izləyin

Dünya

“Boko Haram”ın son hücumu 60 nəfərin həyatına son qoydu

“Boko Haram” terror qruplaşması təsirli olduğu Nigeriyanın şimal-şərqindəki Borno vilayətinin paytaxtı Maiduguridə növbəti hücumunu həyata keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, əhalinin sıx olduğu bir bazarda təşkil edilən kamikadze hücumunda ən azı 60 adam həyatını itirib.

Hücumun bir qadın kamikadze tərəfindən həyata keçirildiyi bildiriir. Qadının motosikletlə izdihamın içərisinə daxil olduğu deyilir.

Maiduguri şəhəri ölkənin şimalında islam dövləti qurmağa çalışan “Boko Haram” qruplaşmasının qalalarından biri hesab olunur. Terror qruplaşması burada 200-dən çox qız şagirdi qaçırmaqla dünyanın diqqətini çəkmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm