Turqut Özalın ölümündə şübhəli şəxs bəraət qazandı
Bizi izləyin

Dünya

Turqut Özalın ölümündə şübhəli şəxs bəraət qazandı

Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı iddiada tək şübhəli şəxs olan Levent Ersöz bəraət alıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə qərar Ankara 13-cü Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib. Özalın zəhərlənərək öldürülməsi ilə bağlı ailəsi tərəfindən irəli sürülən iddia əsasında mərhum eks-prezidentin məzarı ötən ilin oktyabrında açılmışdı. Onun nəşindən götürülən nümunələrdən 4 zəhərli maddə aşkarlanmışdı.

Levent Ersöz Özalın həyatını itirdiyi dövrdə Şırnakda 23-cü Jandarm Sərhəd Briqadasında qərargah başçısı vəzifəsini yerinə yetirirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm