Tibb işçilərinə hücum olundu: 4 ölü, 3 yaralı
Bizi izləyin

Dünya

Tibb işçilərinə hücum olundu: 4 ölü, 3 yaralı

Pakistanın cənub-qərb bölgəsində silahlı şəxslər poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyası aparan tibb işçilərinə hücum edib.

Publika.az-ın məlumatına görə, hücum zamanı 4 nəfər özlüb, üç nəfər yaralanıb.

İnsident Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində baş verib. Bəlucistanın daxili işlər naziri Əkbər Durrani ölənlərin üçünün qadın tibb işçiləri olduğunu bildirib. O, hadisəyə görə, peyvənd proqramının dayandırılmayacağını bildirib.

Hadisə nəticəsində yaralanan tibb işçilərindən birinin sözlərinə görə, motosikletdə olan terrorçular şəhər kənarında onunla bərabər peyvənd kampaniyasını həyata keçirən səkkiz qadın və bir kişinin olduğu maşının qarşısını kəsib atəş açmağa başlayıblar.

Pakistanın Baş naziri Nəvaz Şərif poliemielit xəstəliyinə qarşı peyvənd proqramında iştirak edən tibb işçilərinə qarşı hücumu qınayıb. Baş nazirin verdiyi rəsmi bəyanatda tibb işçilərini hədəf alanların Pakistanın düşmənləri olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm