Bu nəhəng göy cismi ikinci Yerdir - Alimlər araşdırdı
Bizi izləyin

Dünya

Bu nəhəng göy cismi ikinci Yerdir - Alimlər araşdırdı

Günəş sistemimizin asteroid qurşağındakı ən böyük cisimlərdən biri olan cırtdan planet Ceres həyat üçün vacib olan bəzi üzvi molekulları ehtiva edə bilər. Yeni bir araşdırma bu üzvi molekulların Ceresin səthində ortaya çıxdığını göstərir.

Publika.az xəbər verir ki, bununla bağlı İtaliya Milli Astrofizika İnstitutundan planetoloq Maria Cristina De Sanctis və onun komandası tərəfindən araşdırma aparılıb.

Tədqiqatçılar bildirirlər ki, bu birləşmələr kosmik radiasiyaya qarşı həssasdır və buna görə də təxminən 10 milyon il əvvəl Ceresin yeraltı okeanlarından səthə daşınıb.

NASA-nın Davn missiyasının məlumatlarına əsaslanan araşdırma Ceresin buzlu səthinin altında duzlu su okeanlarının və üzvi birləşmələrin mövcudluğunu təsdiqləyir.

Bu tapıntılar Ceresin həyatı dəstəkləyə biləcəyinə dair mühüm ipucu verir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm