Bu, sonun başlanğıcıdır: Sabah fərqli bir şey olacaq - Putinin qərarına Avropadan reaksiya
Bizi izləyin

Dünya

Bu, sonun başlanğıcıdır: Sabah fərqli bir şey olacaq - Putinin qərarına Avropadan reaksiya

Bildiyiniz kimi, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin nüvə doktrinasının yenilənməsi ilə bağlı bəyanat verdi və bu bəyanat bütün dünyaya ildırım sürəti ilə yayıldı. Bundan narahat olanlar da oldu, biganə yanaşanlar da.

Publika.az Rusiya mətbuatına istinadən bəzi Qərb ölkələrinin məsələyə münasibətini oxuculara təqdim edir.

İtaliyanın baş nazirinin müavini Matteo Salvini Rusiyanın nüvə doktrinasının yenilənməsini şərh edərkən bildirib ki, o, nüvə silahının mümkün istifadəsi barədə düşünmək istəmir.

Salvini deyib ki, mən nüvə enerjisindən hərbi yolla istifadə haqqında düşünmək istəmirəm, bu sonun başlanğıcı olacaq.

O əlavə edib ki, Avropa ölkələri münaqişənin tezliklə bitəcəyinə ümid edirlər. Bundan əlavə, siyasətçi Kiyevi dəstəkləyən İtaliya hökumətinin mövqeyini təkrarlayıb, lakin Ukrayna Silahlı Qüvvələrinə (AFU) Qərb ölkələrindən gətirilən silahlardan istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsinin əleyhinədir.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirmişdi ki, Rusiya liderinin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstək məsələsində öz mövqeyini dəyişmir.

Rusiyanın nüvə doktrinasında ehtimal olunan dəyişikliklərlə bağlı Almaniya da reaksiya verib.

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı bəyanatına geniş şərh verməsə də, fikrini bildirib.

"Sabah fərqli bir şey olacaq. Biz öz yolumuzla gedirik, doğru bildiyimizi edirik", - deyə Pistorius vurğulayıb.

O əlavə edib ki, Putinin qərarı Almaniyanın xarici siyasətinə heç bir şəkildə təsir etməyəcək.

Bəs ABŞ nə düşünür Rusiyanın bu qərarı ilə bağlı?

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın nüvə doktrinasının yenilənməsini Moskvanın məsuliyyətsiz addımı kimi qiymətləndirib. Onun fikrincə, bu, vaxtsız atılmış addımdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm