Maskın bu ölkənin baş naziri ilə baxışları gündəm oldu: Eşq? - FOTOLAR
Bizi izləyin

Dünya

Maskın bu ölkənin baş naziri ilə baxışları gündəm oldu: Eşq? - FOTOLAR

İtaliyanın baş naziri Ciorcia Meloni və amerikalı sahibkar İlon Maskın bir-birinə olan baxışları sosial medianı silkələyib.

Publika.az xəbər verir ki, ABŞ-ın texnologiya milyarderi İlon Mask Nyu-Yorkda keçirilən mərasimdə Meloniyə Qlobal Vətəndaş Mükafatını verib.

Mərasim boyu cütlüyün bir-birinin gözlərinin içinə baxması sevgi iddialarına səbəb olub. Sosial mediada paylaşılan fotolara "Meloninin Maska baxdığı kimi birini tapın" və "Elonsuz Meloni ola bilməz" kimi şərhlər edilib.

Mask “X” hesabında Meloni ilə eşq macərası yaşadığı iddiasını təkzib edib. "Meloni ilə aramızda heç bir romantik münasibət yoxdur, anamla orada idim", - deyə, o bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm